İdman
"Qarabağ"ın "Liverpul"la oyununa biletlərin qiyməti AÇIQLANDI
UEFA Çempionlar Liqasının əsas mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ" - "Liverpul" matçına biletlər bu gündən satışa çıxarılıb. Bu barədə Oxu.Az-a klubun Mətbuat Xidmətindən məlumat verilib. "iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 manatdır. "Qarabağ" azarkeşləri üçün meydan sahiblərinin stadionunda 1 250 yer ayrılıb. Xatırladaq ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Mənbə
oxu.az