İdman

“Liverpul” - “Qarabağ” matçının bilet qiyməti açıqlandı

09 Jan 2026, 13:01 1 baxış
“Liverpul” - “Qarabağ” matçının bilet qiyməti açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” matçınının vauçerləri bu gündən satışa çıxarılır.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, “Anfield”də keçiriləcək qarşılaşma üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarən satışda olacaq.


Biletlərin qiyməti 115 AZN təşkil edir.


Qeyd edək ki, vauçerlər ilkin olaraq iTicket.az-dan əldə ediləcək. Oyun gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.


“Qarabağ” azarkeşləri üçün “Anfield”də 1250 yer ayrılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər