İdman

Samir Abasov: "Nə xarici, nə də yerli klublardan təklif almışam"

09 Jan 2026, 12:20 1 baxış
Samir Abasov: "Nə xarici, nə də yerli klublardan təklif almışam"
Samir Abasov "Neftçi"nin baş məşqçi postundan ayrıldıqdan sonra nə ölkə xaricindən, nə də yerli klublardan təklif alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında 47 yaşlı mütəxəssisin özü bildirib. O, hazırda gözləmə mövqeyində olduğunu söyləyib: "Hazırda işsizəm, heç bir klubdan təklif almamışam. Mətbuatda tirajlanır ki, bəzi xarici klublardan təkliflər gəlir, amma belə bir şey yoxdur". Qeyd edək ki, Samir Abasov son olaraq "Neftçi"ni çalışdırıb. O, ötən ilin noyabrında istefaya göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər