İdman

"Arsenal"ın çempionluq şansı nə qədərdir?

09 Jan 2026, 13:00 1 baxış
"Arsenal"ın çempionluq şansı nə qədərdir?
"Arsenal" klubunun cari mövsümdə çempion olmaq ehtimalı 90 faizə yaxındır. Oxu.Az xəbər verir ki, "Opta" superkompüterinin hesablamalarına görə, London klubu Premyer Liqada aşkar favoritdir (87%). "Mançester Siti" (8.6%) və "Aston Villa"nın (4.2%) şansları xeyli az göstərilib. Son çempion "Liverpul"un titulunu qorumaq ümidləri minimuma bərabərdir (0.16%). Qeyd edək ki, "Arsenal" sonuncu dəfə ölkə çempionluğunu 2004-cü ildə qazanıb. Hazırda 21 oyundan 49 xalla ən yaxın rəqiblərini 6 xal geridə qoyan "topçular" turnir cədvəlinə başçılıq edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər