İdman

Qurban Qurbanov: "Qarabağ"ın bəzi futbolçuları fasilədən sonra komandaya gec qoşulublar"

09 Jan 2026, 11:50 1 baxış
Qurban Qurbanov: "Qarabağ"ın bəzi futbolçuları fasilədən sonra komandaya gec qoşulublar"
"Qarabağ"ın bəzi futbolçuları fasilədən sonra komandaya gec qoşulublar". Oxu.Az xəbər verir ki, bu barədə media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, buna səbəb bəzi oyunçuların səhhətində olan problemlərdir: "Keçən il də qeyd etmişdim ki, futbolçularımın istirahətə ehtiyacları var. Ümumən pis istirahət etməyiblər. Sadəcə, bir neçə futbolçu xəstələnib. Pis dönməyiblər. Üzləri gülür. Həvəslə məşq edir, hazırlaşırlar". "Maliyyə ilə bağlı heç bir problem yoxdur. İlboyu güclü rəqiblərlə oynamışıq. Bu günlərdə belə bir rəqiblərlə 90 dəqiqə oynamağa hazır deyilik. Bizim oyundan çox məşqə ehtiyacımız var idi. Buna görə də 15-20 gün ərzində məşqlərlə bunu aradan qaldırmağa çalışmalıyıq". Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə qarşılaşacaq.
{{gallery}} Daha çox foto buarada: PhotoStock.az Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər