İdman
"Neftçi" bu gün "Kayrat"la qarşılaşacaq
"Neftçi" qış təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirəcək. Oxu.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv Qazaxıstanın "Kayrat" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürəcək. Türkiyənin Antalya şəhərində toplanışda olan "Sumqayıt" klubu isə bu gün saat 16:00-da Macarıstanın "Pakş" komandası ilə qarşılaşacaq.
Mənbə
oxu.az