Digər
Rusiya Lvovu “Oreşnik”lə vurdu - Video
Yanvarın 8-dən 9-na keçən gecə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, şəhərdə güclü partlayışlar seriyası qeydə alınıb.
Lvov meri Andrey Sadovoy şəhərdəki kritik infrastruktur obyektlərinə hücum edildiyini təsdiqləyib.
Zərbələrin “Oreşnik” ballistic raketi ilə endirildiyi bildirilib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının informasiya şöbəsinin rəisi Yuri İqnat raketin Rusiyadakı Kapustin-Yar poliqonundan atıldığını deyib.
Mənbə
axar.az