İdman
İngiltərə Premyer Liqası: "Arsenal" və "Liverpul" qolsuz heç-heçəyə razılaşdılar
İngiltərə Premyer Liqasının 21-ci turunun son matçı keçirilib. Oxu.Az xəbər verir ki, turun mərkəzi görüşündə "Arsenal" və "Liverpul" komandaları üz-üzə gəliblər. Tərəflərin bütün səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Bu nəticə ilə "topçular" xallarını 49-a yüksəldərək liderliklərini qoruyublar. Aktivində 35 xal olan "Liverpul" isə turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Mənbə
oxu.az