Dünya

Zelenski: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri tamamlanma mərhələsindədir"

08 Jan 2026, 17:40 1 baxış
Zelenski: "Ukrayna üçün təhlükəsizlik zəmanətləri tamamlanma mərhələsindədir"
"ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənədi tamamlanma mərhələsindədir". Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Amerika Birləşmiş Ştatları rəsmiləri ilə danışıqlarından sonra öz "Telegram" kanalında yazıb. V.Zelenskinin sözlərinə görə, Rüstəm Umerov onu Parisdə keçirilən danışıqların nəticələri barədə məlumatlandırıb: "Bu danışıqlar zamanı həm təhlükəsizlik zəmanətləri, həm də Ukraynanın bərpası və iqtisadi inkişafı ilə bağlı sənədlər müzakirə olunub. Ukrayna sənədin yekunlaşdırılması üçün öz variantlarını təqdim edib. İndi rəsmi Kiyev Moskvanın reaksiyasını və ABŞ ilə Rusiya arasında mümkün danışıqların nəticələrini gözləyir. ABŞ-nin təhlükəsizlik zəmanətləri haqqında sənədi praktik olaraq yekunlaşmaq üzrədir".
Mənbə oxu.az

Oxşar Xəbərlər