İdman
"Qarabağ"ın azarkeşlərinə Kadi Borgeslə bağlı ŞAD XƏBƏR
"Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Kadi Borges meydançaya qayıdıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, sol fibulasında sınıq aşkarlanan futbolçu zədəsini sağaldaraq fərdi məşqlərə başlayıb. Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən "Qarabağ" - "Çelsi" (2:2) qarşılaşmasının 31-ci dəqiqəsində zədələnən Kadi Borges iki ay yaşıl meydanlardan uzaq qalmışdı.
Murad Nəsimi
Murad Nəsimi
Mənbə
oxu.az