İdman
Ramil Quliyevə Türkiyədə yüksək vəzifə verildi - Foto
Azərbaycanəsilli keçmiş idmançı Ramil Quliyevə Türkiyənin "Fənərbağça" İdman Klubunda vəzifə verilib.
Axar.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, o, klubun Atletika Departamentinin rəhbəri təyin edilib.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə yığmasının heyətində dünya və Avropa çempionu olub.
Mənbə
axar.az