İdman
"Fənərbağça" yeni transferini İstanbula gətirir
"Fənərbağça" "Latsio"nun formasını geyinən fransız futbolçu Matteo Genduzinin transferi üçün danışıqlara başladığını rəsmən açıqlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Klubumuz Fransa millisinin oyunçusu Matteo Genduzinin transferi ilə bağlı oyunçunun klubu və özü ilə danışıqlarını davam etdirir. Bu çərçivədə, transfer danışıqlarını irəlilətmək və tibbi müayinələri həyata keçirmək üçün oyunçu İstanbula dəvət edilib", - deyə klubun açıqlamasında qeyd olunub. Qeyd edək ki, transfer məbləğinin təxminən 28 milyon avro olacağı gözlənilir.
Mənbə
oxu.az