Dünya
Trampdan qərar: ABŞ-nin hərbi büdcəsi külli miqdarda artırılacaq
"ABŞ-nin 2027-ci il üçün hərbi büdcəsi bir trilyon dollar yox, 1.5 trilyon dollar olmalıdır". Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında bəyan edib. Onun sözlərinə görə, bu, ölkəyə ABŞ-nin haqqı olduğu "Arzulanan ordu"nu yaratmağa imkan verəcək. Tramp bildirib ki, bu ordu düşmənin kimliyindən asılı olmayaraq, ABŞ-nin təhlükəsizliyini təmin edəcək. "Senatorlar, konqresmenlər, nazirlər və digər siyasi nümayəndələrlə uzun və çətin danışıqlardan sonra mən bu qənaətə gəldim ki, ölkəmizin maraqları naminə 2027-ci il üçün hərbi büdcə bir trilyon deyil, 1.5 trilyon dollar olmalıdır, xüsusən də bu son dərəcə gərgin və təhlükəli dövrlərdə", - deyə Tramp yazıb. Qeyd edək ki, 2025-ci ilin yazında Tramp Ağ Evin təxminən bir trilyon dollar həcmində müdafiə büdcəsini təsdiqləyəcəyini bildirmişdi. O qeyd etmişdi ki, müdafiə xərcləri ABŞ ordusu üçün indiyə qədər çəkilən ən böyük xərc olacaq. Həmçinin ABŞ-nin 2025-ci maliyyə ili üçün müdafiə büdcəsi də rekord həddə çatıb və 895 milyard dollar təşkil edib.
Mənbə
oxu.az