İdman

Avropa Liqasının qalibi "Tottenhem"ə qayıtmağa hazırdır

08 Jan 2026, 13:44 1 baxış
Avropa Liqasının qalibi "Tottenhem"ə qayıtmağa hazırdır
"Tottenhem"in sabiq baş məşqçisi Angelos Postekoqlu yenidən İngiltərə klubuna rəhbərlik etməyə hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə məşhur jurnalist Mett Lou məlumat verib. Onun sözlərinə görə, ötən mövsümün sonunda "Tottenhem"dən uzaqlaşdırılan avstraliyalı mütəxəssis London klubuna qayıtmaq istəyir. Xatırladaq ki, Postekoqlunun rəhbərliyi altında "Tottenhem" UEFA Avropa Liqasının qalibi olub. Bu titul klubun 18 ildən sonra qazandığı ilk kuboku olub. Hazırda Tomas Frank "Tottenhem"in baş məşqçisidir. Uğursuz mövsüm keçirən London klubu İngiltərə Premyer Liqasında 27 xalla 14-cü yerdədir. Komandanın çıxışından narazı olan klub rəhbərliyinin Frankla yollarını ayıracağı barədə xəbərlər də yayılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər