Dünya

ABŞ rekord sayda "F-35" qırıcıları istehsal edib

08 Jan 2026, 12:16 1 baxış
ABŞ rekord sayda "F-35" qırıcıları istehsal edib
ABŞ-nin hərbi-sənaye şirkəti "Lockheed Martin" ötən il rekord sayda "F-35 Lightning II" qırıcı təyyarəsi istehsal edib. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, keçən il 191 "F-35" istehsal edilib ki, bu da 2024-cü ildəki 142 təyyarə rekordunu xeyli üstələyib. "Lockheed Martin" şirkəti bəyan edib ki, "F-35"in illik istehsalı hazırda ABŞ-nin inventarındakı digər qırıcı təyyarələrin həcmindən beş dəfə çoxdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər