İdman
FIFA DÇ-2026-da ofsaydın müəyyən edilməsi sistemini təkmilləşdirəcək
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında (DÇ-2026) ofsaydın (oyundan kənar vəziyyət) müəyyən edilməsi sistemini təkmilləşdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino "The Guardian" nəşrinə açıqlamasında məlumat verib: "Ofsaydı müəyyən etmək üçün FIFA bütün futbolçuların süni intellektlə təchiz olunmuş 3D nüsxələrini yaradacaq. Bu surətlər yarıavtomatlaşdırılmış ofsayd aşkarlama sisteminə oyunçuların son mövqeyini daha dəqiq müəyyən etməyə imkan verəcək. Bu, ofsayd aşkarlama texnologiyasında irəliyə doğru əhəmiyyətli bir addımdır, hər kəs üçün daha yaxşı görüntülər, sürətli qərarlar və vəziyyətin aydın başa düşülməsini təmin edir". Daha əvvəl Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yanvarın 20-də ofsayd qaydalarının dəyişdirilməsinin nəzərdən keçiriləcəyini bəyan edib. Dəyişiklər qəbul olunarsa, yeni qaydaların 2026/27 mövsümündən etibarən qüvvəyə minməsi gözlənilir. Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul aralığında Kanada, Meksika və ABŞ-də keçiriləcək. İlk dəfə olaraq nüfuzlu turnirdə 48 komanda iştirak edəcək.
Mənbə
oxu.az