Dünya

Vens: "Qrenlandiya təkcə ABŞ-nin deyil, bütün dünyanın milli təhlükəsizliyi üçün vacib rola malikdir"

08 Jan 2026, 09:00 1 baxış
Vens: "Qrenlandiya təkcə ABŞ-nin deyil, bütün dünyanın milli təhlükəsizliyi üçün vacib rola malikdir"
"Qrenlandiya ABŞ-nin və bütün dünyanın qlobal raketdən müdafiə sisteminin təhlükəsizliyi baxımdan mühüm rola malikdir". Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, adanın əhəmiyyəti regional təhlükəsizlikdən kənara çıxır və birbaşa qlobal müdafiə arxitekturası ilə bağlıdır. "Qrenlandiya təkcə ABŞ-nin deyil, bütün dünyanın milli təhlükəsizliyi üçün vacib rola malikdir. Bütün raketdən müdafiə infrastrukturunun bir hissəsi Qrenlandiyadan asılıdır", - deyə Vens bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər