Dünya
Lyuis Hemiltonun atası hibrid avtomobillər üçün yeni yarış təşkil edib
Yeddiqat "Formula-1" çempionu Lyuis Hemiltonun atası Entoni Hemilton yeni yarış seriyasının başladığını elan edib. Oxu.Az "GP Fans"a istinadən xəbər verir ki, bu yeni seriyada istifadə olunacaq hibrid mühərriklərin səsi köhnə "Formula 1" V10 avtomobillərinin səsinə bənzəyəcək. Güc aqreqatları barədə dəqiq təfərrüat hələlik açıqlanmayıb, lakin əsas mühərrikin V6 və ya V8 olacağı ehtimal edilir. "HybridV10" adı verilən seriya müstəqil və qlobal yarış olaraq təşkil ediləcək.
Mənbə
oxu.az