Dünya

"Carmageddon" geri qayıdır: Məşhur oyunun yeni hissəsi təqdim olundu

08 Jan 2026, 02:36 1 baxış
"Carmageddon" geri qayıdır: Məşhur oyunun yeni hissəsi təqdim olundu
Populyar "Carmageddon" oyun seriyasının yeni "Rogue Shift" hissəsi nəhayət yayımlanıb. Oxu.Az auto.ru saytına istinadən xəbər verir ki, oyundakı hadisələr 2050-ci ildə, zombilərlə dolu post-apokaliptik dünyada baş verir. Bu dünyada zombilərin sayı insanlardan 10 000 dəfə çoxdur. Oyun prosesi əvvəlki hissələrlə eyni olaraq qalır: rəqibləri məhv etmək, zombiləri vurmaq, avtomobili silahlar və digər xüsusiyyətlərlə təkmilləşdirmək. Yeni oyun "34BigThings" studiyası tərəfindən hazırlanıb. Oyun ərzində istifadəçilərə müxtəlif xüsusiyyətlərə malik 15 avtomobil, bir çox silah, artefaktlar və incə tənzimləmə seçimləri təqdim olunur. "Carmageddon: Rogue Shift" PS5 və PC platformaları üçün 40 dollara satılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər