Dünya

Rubio ABŞ-nin Venesuela planını açıqladı

07 Jan 2026, 23:30 1 baxış
Rubio ABŞ-nin Venesuela planını açıqladı
ABŞ-nin Venesuela üçün planı üç bənddən ibarətdir. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib. O bildirib ki, bu addımlar Venesuelanın xaosa doğru irəliləməsinin qarşısını almağa yönəlib. Məlumata görə, ABŞ planına aşağıdakı bəndlər daxildir: 1. Ölkədəki vəziyyətin sabitləşməsi: ABŞ Venesuela neftini bazar qiymətləri ilə satmağa başlamağı planlaşdırır. Vaşinqton 30-50 milyon barel arasında yanacaq alacaq; 2. Bərpa: ABŞ və digər şirkətlərin Venesuela bazarına çıxışı, Venesuela müxalifət tərəfdarlarının azad edilməsi və əfvlər nəzərdə tutulur; 3. Hakimiyyətin ötürülməsi. "Biz çox müsbət istiqamətdə irəlilədiyimizi hiss edirik", - deyə Marko Rubio jurnalistlərə bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər