Dünya

Fransada milyon avroluq qarət

07 Jan 2026, 22:24 1 baxış
Fransada milyon avroluq qarət
Fransada amerikalı dizayner Kris Ayrenin dəyəri 1 milyon avrodan çox olan zərgərlik məmulatları oğurlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "France 3" məlumat yayıb. Hadisə Villefranş-sur-Merdə (Kot-d'Azur kommunasında) baş verib. Cinayət dizaynerin icarəyə götürdüyü mənzildə törədilib. Cinayətkarlar həmçinin dizaynerdən 6 000 avro nağd pul da oğurlayıblar. Nitsa prokurorluğu faktla bağlı istintaq başladıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər