İdman
UEFA Çempionlar Liqasının pley-off matçlarının rəsmi topu təqdim edildi
"Adidas" şirkəti UEFA Çempionlar Liqasının pley-off mərhələlərində iştirak edən komandalar üçün rəsmi oyun topunu təqdim edib. Oxu.Az championat.com-a istinadən xəbər verir ki, top ənənəvi ulduzlu naxışa malikdir. "Adidas" bu il turnirin rəsmi oyun topu təchizatçısı kimi UEFA ilə tərəfdaşlığının 25-ci ildönümünü qeyd edir. Bu səbəbdən də top üçün gümüş rəng seçilib. Yeni oyun topunun dizaynı 2000/2001 mövsümündəki sələfindən ilhamlanıb.
Mənbə
oxu.az