Dünya

Suriyada gərginlik artır: Hələbin bəzi rayonlarında komendant saatı tətbiq edilir

07 Jan 2026, 16:44 1 baxış
Suriyada gərginlik artır: Hələbin bəzi rayonlarında komendant saatı tətbiq edilir
Suriya Silahlı Qüvvələri Hələbin şimalındakı Əşrəfiyyə və Şeyx-Maqsud rayonlarını bağlı hərbi zonalar elan edib. Oxu.Az xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. "Çərşənbə günü yerli vaxtla saat 15:00-dan (Bakı vaxtı ilə saat 16:00 - red.) başlayaraq Əşrəfiyyə və Şeyx-Maqsud rayonlarında komendant saatı elan edirik. Mülki əhalini Suriya Demokratik Qüvvələrinin (SDQ) tutduqları mövqelərdən uzaq durmağa çağırırıq", - deyə nazirliyin məlumatında bildirilib. Hakimiyyət orqanları Liramun qovşağı ərazisində mülki şəxslər üçün humanitar dəhlizlər açıb. Bundan əvvəl ordu komandanlığı SDQ-ni əldə edilən atəşkəs razılaşmasını pozmaqda, Hələbdə yaşayış məntəqələrini və hökumət qüvvələrini atəşə tutmaqda günahlandırmışdı. "Davam edən hücumlardan sonra Hələbin şimalında bütün SDQ obyektləri bizim hədəflərimizə çevrilib", - deyə Suriya ordusundan bildirilib. Yerli telekanalın məlumatına görə, dünən Suriyanın şimal paytaxtında şiddətli atışmalar nəticəsində ən azı dörd nəfər həlak olub, qadınlar və uşaqlar da daxil olmaqla daha 10 nəfər yaralanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər