Dünya

Ərdoğan ABŞ-nin Maduroya Türkiyəyə getmək təklifi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi

07 Jan 2026, 16:46 1 baxış
Ərdoğan ABŞ-nin Maduroya Türkiyəyə getmək təklifi ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə getməyi təklif etməsi ilə bağlı xəbərləri təkzib edib.
Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı açıqlamasında deyib. "Bizə belə bir məlumat daxil olmayıb, bu baş verməyib", - deyə Ərdoğan bildirib. Qeyd edək ki, "The New York Times" nəşri dekabrın 23-də ABŞ hökumətinin Maduroya ölkəsini tərk edib Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Venesuela liderinin "planı qəzəblə rədd etdiyini" yazmışdı. Xatırladaq ki, Maduro və həyat yoldaşı yanvarın 3-də ABŞ-nin elit "Delta" hərbi bölməsinin döyüşçüləri tərəfindən ələ keçiriliblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər