Dünya

Burkina-Fasoda prezidentə sui-qəsd cəhdinin qarşısı alınıb

07 Jan 2026, 13:12 1 baxış
Burkina-Fasoda prezidentə sui-qəsd cəhdinin qarşısı alınıb
Burkina-Faso təhlükəsizlik qüvvələri Prezident İbrahima Traore də daxil olmaqla, ölkənin yüksəkvəzifəli dövlət rəsmilərinə qarşı sui-qəsd planının qarşısını alıb. Oxu.Az-ın Rg.ru nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik naziri Mahamadu Sana çıxışı zamanı məlumat verib. Nazirin sözlərinə görə, sui-qəsdçilərin qeyri-sabitlik yaratmaqla bağlı əməliyyatı 2026-cı il yanvarın 3-də, yerli vaxtla saat 23:00-da başlamalı idi. Onlar dövlət başçısının zərərsizləşdirilməsindən başlayaraq, mülki və hərbi məmurlara qarşı bir sıra hədəfli sui-qəsdlər planlaşdırıblar. Sana bildirib ki, prezidentə qarşı sui-qəsd ya yaxın məsafədən, ya da onun iqamətgahına dron hücumu ilə həyata keçiriləcəkdi. Bundan sonra, plana əsasən, xarici qüvvələrin yerüstü müdaxiləsi baş tutacaqdı. Təhlükəsizlik orqanları sui-qəsdin üstünü aça və bəzi iştirakçıları saxlaya bilib. Nazir sakinləri sakitliyi qorumağa çağırıb. Mahamadu Sanın iddiasına görə, sui-qəsdin arxasında Burkina-Fasonun keçmiş prezidenti Pol-Anri Sandaoqo Damiba dayanıb. Onun sözlərinə görə, maliyyələşdirmə qonşu Kot-d'İvuardan gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər