Dünya
Tayvan radarlardan itən "F-16" qırıcısının pilotunu axtarır
Tayvan Silahlı Qüvvələri Hualan sahillərində radarlardan itən ölkənin hərbi hava qüvvələrinə məxsus "F-16V" döyüş təyyarəsinin pilotunun axtarışları üzrə əməliyyat aparır. Oxu.Az xəbər verir ki, məlumatı "Focus Taiwan" xəbər portalı yayıb. Qeyd olunub ki, gecə saatlarında təyyarə təlim uçuşu həyata keçirən bir qrup döyüş təyyarəsindən ayrılıb. Yanvarın 7-də səhər saatlarında Hərbi Hava Qüvvələrinin yaydığı məlumata görə, kapitan Sin təyyarə radarlarından itməzdən əvvəl katapult etmək niyyəti barədə siqnal ötürə bilib, lakin onun sonrakı taleyi barədə heç bir məlumat yoxdur. "Biz xilasetmə avadanlığının mayakından hələ heç bir siqnal almamışıq və buna görə də kapitan Sinin katapult edib-etmədiyini təsdiqləmək üçün hələlik qəti sübutlarımız yoxdur", - deyə Hərbi Hava Qüvvələrindən bildirilib. Axtarış əməliyyatlarına adanın Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizə Xidməti cəlb olunub. Ərazidə olan mülki gəmilər də hadisədən xəbərdar edilib.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az