Dünya

ABŞ-nin keçmiş prezidentinin oğlu vəfat etdi

07 Jan 2026, 10:20 1 baxış
ABŞ-nin keçmiş prezidentinin oğlu vəfat etdi
ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan 80 yaşında vəfat edib. Oxu.Az-ın "ABC News" telekanalına istinadən xəbərinə görə, bu barədə onun ailəsi məlumat verib. "O, bazar günü Los-Ancelesdəki evində vəfat edib", - deyə telekanal bildirib. Qeyd edək ki, keçmiş prezidentin beş övladından biri olan Maykl Reyqan mühafizəkar siyasi şərhçi və radio aparıcısı olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər