Dünya

Səudiyyə Ərəbistanı Yəmənə zərbələr endirdi

07 Jan 2026, 10:28 1 baxış
Səudiyyə Ərəbistanı Yəmənə zərbələr endirdi
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin cənub-şərqindəki Əd-Dale əyalətində Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "X"-də Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb. Agentlik koalisiya general-mayoru Turki əl-Malikiyə istinadən bildirib ki, düşərgələri tərk edən qüvvələr izlənilib: "Koalisiya qrupları onları Əl-Dale əyalətindəki Əl-Zənd düşərgəsi yaxınlığında aşkarlayıb və onlara məhdud önləyici zərbələr endirib". Onun sözlərinə görə, zərbələr separatçı qüvvələri sıradan çıxarmaq və onların CKŞ-nin sədri Aydarus əl-Zubaidinin münaqişəni gərginləşdirmək cəhdinin qarşısını almaq üçün edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər