Dünya

Çin Tayvanın iki nazirinə sanksiyalar tətbiq etdi

07 Jan 2026, 11:00 1 baxış
Çin Tayvanın iki nazirinə sanksiyalar tətbiq etdi
Çin hakimiyyəti Tayvanın daxili işlər naziri Lyu Şifan və təhsil naziri Çjen İnyaoya sanksiyalar tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Xəbərə görə, sözügedən məmurlar adanın müstəqilliyini dəstəklədiklərinə görə "Tayvan separatçıları" siyahısına daxil ediliblər. Nazirlər və onların ailə üzvlərinin Çin, Honkonq və Makaoya girişi qadağan olunub. Onların adı çəkilən ölkələrin qurum və təşkilatları ilə əməkdaşlığı da məhdudlaşdırılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər