Dünya

Venesuelada yeddigünlük matəm elan olunub

07 Jan 2026, 08:30 1 baxış
Venesuelada yeddigünlük matəm elan olunub
Venesuelada matəm elan edilib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin müvəqqəti rəhbəri Delsi Rodriges məlumat verib. O bildirib ki, ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə həyata keçirdiyi reyd zamanı həlak olan hərbçilərin xatirəsinə yeddigünlük matəm elan olunub. Xatırladaq ki, hadisə nəticəsində təxminən 24 venesuelalı zabit həyatını itirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər