Dünya

"Alatoranlıq" filmlərinin ulduzu növbəti hissəni çəkməyə hazırlaşır

07 Jan 2026, 07:20 1 baxış
"Alatoranlıq" filmlərinin ulduzu növbəti hissəni çəkməyə hazırlaşır
Aktrisa Kristen Stüart "Alatoranlıq" silsiləsindən olan yeni film çəkməyə hazır olduğunu bildirib. Oxu.Az bu barədə "DailyAfisha"ya istinadən xəbər verir. "Çox istərdim. Yeni adaptasiyanı çəkməyə məmnun olardım. Əlbəttə ki, remeyk çəkəcəyəm. Buna hazıram!" - deyə kino ulduzu bildirib. Xatırladaq ki, Stüart filmdə "Bella" obrazını canlandırıb və məhz bu rolu ilə geniş şöhrət qazanıb. Qeyd edək ki, Kristen Stüart rejissorluq debütünə 2025-ci ilin may ayında Kann Film Festivalında başlayıb. Onun "Suyun xronologiyası" filmi məhz burada nümayiş etdirilib. "Alatoranlıq" filmlərinə gəlincə, bu silsilədən olan ilk ekran əsəri 2008-ci ildə təqdim edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər