Dünya

Tanınmış macar rejissor vəfat etdi

06 Jan 2026, 18:42 1 baxış
Tanınmış macar rejissor vəfat etdi
Tanınmış macarıstanlı rejissor Bela Tarr 70 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "Index" nəşri məlumat yayıb. Sənətçi "Şeytan tanqosu" və "Turin atı" kimi dünyaca məşhur filmlərin müəllifidir. Rejissor 2025-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub. Tarr 2011-ci ildə ekranlara çıxan "Turin atı" filmindən sonra kinodan ayrıldığını bəyan edib. Macar rejissor dünyanın müxtəlif yerlərində kino məktəblərində dərs deyib. Onun ölüm səbəbi hələlik məlum deyil.
Mənbə oxu.az

Oxşar Xəbərlər