Dünya
Niderlandda qar: Qatar səfərləri və uçuşlar ləğv edildi
Niderlandda qarlı və şaxtalı hava şəraiti "NS" dəmiryol şirkətinin qatar səfərlərinin ləğvinə gətirib çıxarıb. Oxu.Az-ın "Reuters" nəşrinə istinadən xəbərinə görə, bu barədə "NS" dəmiryol şirkətindən məlumat verilib. Məlumata görə, qar və mənfi temperaturun yaratdığı problemlər səbəbindən heç bir qatar Qrinviç üzrə saat 09:00-dan əvvəl işləyə bilməyəcək. Eyni zamanda, qatarla səfərlərin ləğvinə işarə oxlarının çox sayda xəta və İT sistemindəki nasazlığın da səbəb olduğu qeyd edilir. Bununla belə, digər nəqliyyat şirkətlərinin qatarları fəaliyyətini davam etdirir. Həmçinin Niderlandda hava nəqliyyatında da fasilələr davam edir. Amsterdam yaxınlığındakı "Shiphol" beynəlxalq hava limanında KLM aviaşirkəti ən azı 300 uçuşu ləğv edib, çünki qış hava şəraiti Avropanın əsas tranzit qovşaqlarından birində beşinci gündür ki, nəqliyyatın hərəkətini iflic edib.
Mənbə
oxu.az