Dünya

ABŞ Qrenlandiyanı ilhaq etmək istəyir: Ağ Ev Danimarkanın ada üzərində nəzarətinin qanuniliyini şübhə altına aldı

06 Jan 2026, 14:20 1 baxış
ABŞ Qrenlandiyanı ilhaq etmək istəyir: Ağ Ev Danimarkanın ada üzərində nəzarətinin qanuniliyini şübhə altına aldı
"Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyi ABŞ hakimiyyəti tərəfindən şübhə altına alınıb". Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ administrasiyası rəhbərinin müavini Stiven Miller "CNN" nəşrinə müsahibəsində deyib. "Əsl sual budur ki, Danimarka hansı hüquqla Qrenlandiya üzərində nəzarəti əldə edib? Onların ərazi iddiaları nəyə əsaslanır? Qrenlandiyanın Danimarka müstəmləkəsi olduğu nəyə əsaslanır?" - deyə Stiven Miller bildirib. O qeyd edib ki, Arktikanın təhlükəsizliyinin təmin edilməsi və NATO maraqlarının qorunması üçün Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Onun sözlərinə görə, Qrenlandiyanın 30 minlik əhalisi nəzərə alınmaqla, adanın ABŞ-yə ilhaq edilməsi hərbi əməliyyatlar olmadan həyata keçirilə bilər. Qeyd edək ki, daha əvvəl ABŞ Administrasiyasının Qrenlandiya üzrə azad assosiasiya ilə bağlı müqavilə layihəsi üzərində işlədiyi və bu layihənin ada əhalisinin həyat səviyyəsini yaxşılaşdıra biləcəyi bildirilmişdi. Bu cür müqavilələr çərçivəsində ABŞ maliyyə dəstəyi təmin edir, ada isə daxili özünüidarəetməni saxlayır və müdafiə məsələlərini Vaşinqtona həvalə edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər