Dünya
Trampın müşaviri dünyanın iki "dəmir" qanunundan danışdı
"Real dünyanın qanunları onun "güc və qüdrət"lə idarə olunduğunu göstərir". Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ağ Ev Aparatının rəhbər müavini və ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller CNN-ə müsahibəsində deyib. O qeyd edib ki, beynəlxalq ədəb-ərkan və sair məsələlər barədə istənilən qədər danışmaq olar, lakin "dünyanın dəmir qanunları" fərqli qaydaları diktə edir. "Biz güc və qüdrətlə idarə olunan bir dünyada, real dünyada yaşayırıq", - deyə o, jurnalistin Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigesin hazırda ölkənin lideri olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
Mənbə
oxu.az