Dünya

MAR-da prezident seçkisinin nəticələri bəlli oldu

06 Jan 2026, 13:56 1 baxış
MAR-da prezident seçkisinin nəticələri bəlli oldu
Mərkəzi Afrika Respublikasının (MAR) dövlət başçısı Fosten-Arkanja Tuadera dekabrın 28-də keçirilən prezident seçkisində yenidən qələbə qazanıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə sözügedən Afrika ölkəsinin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, qalib namizəd səslərin 76.15%-ni toplayıb. Tuadera da daxil olmaqla prezidentliyə yeddi namizəd olub. Dövlət rəhbəri 2016 və 2020-ci illərdə baş tutan prezident seçkisində də qalib gəlib. 2023-cü ildə referendumla qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə seçilmək hüququ verib. [lk'd' prezidentlik müddəti yeddi ildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər