Dünya
ABŞ Venesuelanın yeni liderinin qarşısında dörd tələb qoydu
ABŞ Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesdən narkotik ticarətinə qarşı mübarizəni gücləndirməyi tələb edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri özəl mənbələrinə istinadən məlumat verib. "Bundan əlavə, Vaşinqton istəyir ki, Rodriges İran, Kuba və digər "düşmən agentlərini" ölkədən çıxarsın, eləcə də ABŞ düşmənlərinə neft tədarükünü dayandırsın. Həmçinin ABŞ hakimiyyəti ondan Venesuelada azad seçkilərin keçirilməsinə kömək etməsini gözləyir", - deyə xəbərdə bildirilir. Qeyd edək ki, bir gün əvvəl, yanvarın 5-də Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi and içib.
Mənbə
oxu.az