Dünya
Pentaqon rəhbəri: "Dünya supergüclər qarşıdurmasının yeni dövrünə qədəm qoyub"
"Dünya supergüclər qarşıdurmasının yeni dövrünə qədəm qoyub". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin hərb naziri Pit Heqset Virciniya ştatında çıxışı zamanı bildirib. Pentaqon rəhbəri həmçinin ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilərək Hərb Nazirliyi edilməsinə də münasibət bildirib. Heqset vurğulayıb ki, bu, ABŞ-nin münaqişələrə qarışmaq istəyi ilə bağlı deyil: "ABŞ müharibə axtarmır, lakin sülhü təmin etmək üçün münaqişənin qarşısını almağa və lazım gələrsə, qələbə qazanmağa hazır olmaq lazımdır".
Mənbə
oxu.az