Dünya
İndoneziyada daşqınlar 14 nəfərin həyatına son qoydu
İndoneziyanın Şimali Sulavesi əyalətində baş verən daşqınlar nəticəsində azı 14 nəfər ölüb, dörd nəfər isə itkin düşüb. Oxu.Az xəbər verir ki, məlumatı "Reuters" yayıb. Regionun qubernatoru Yulius Selvanusun sözlərinə görə, bir neçə yüz ev və inzibati bina dağılıb. Bazar ertəsi səhər Siau adasında başlayan güclü yağış daşqınlara səbəb olub. Ən azı, 444 nəfər yerli məktəblərə və kilsələrə təxliyə edilib. Xilasedicilər və könüllülər itkin düşənləri axtarırlar. Yerli xilasetmə xidmətlərinin məlumatına görə, zərər çəkmiş ərazilərdə əsas yollar dağıntılar nəticəsində bağlanıb. Bölgəyə fövqəladə hallar üçün avadanlıqlar yerləşdirib.
Mənbə
oxu.az