Dünya

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 67 nəfər həbs edildi

03 Jan 2026, 01:12 1 baxış
İstanbulda İŞİD-ə qarşı əməliyyat: 67 nəfər həbs edildi
İstanbul məhkəməsi İraq İslam Şam Dövləti (İŞİD) terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 67 nəfəri həbs edib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, təhlükəsizlik qüvvələri Yeni il gecəsi İstanbulun üç rayonunda İŞİD-ə qarşı əməliyyat keçirib. 147 nəfər saxlanılıb, onlardan 32-si deportasiya olunmaq üçün miqrasiya mərkəzinə yerləşdirilib. Kəşfiyyat orqanlarının məlumatına görə, həbs olunanlar Yeni il tətili zamanı Türkiyədə terror aktları planlaşdırıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər