Dünya

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

02 Oct 2026, 23:00 2 baxış
Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus" MMC-nin açıqlamasında bildirilib. MMC-nin sahibi və "Globus Holding GmbH & Co" şirkətinin səhmdarı Tomas Bruxun sözlərinə görə, Şröder Rusiyanın siyasi, iqtisadi və mədəni həyatında uzun illər iştirak etməsi sayəsində şirkətə konstruktiv əməkdaşlığa və qarşılıqlı faydalı həllərin axtarışına əsaslanan dialoq yanaşmasını qoruyub saxlamağa kömək edəcək. Keçmiş kansler özü də "Giperglobus" kimi şirkətlərin iqtisadi əlaqələri qoruyub saxlamasının və Rusiyaya investisiya yatırmağa davam etməsinin vacibliyini vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər