Dünya

Hindistan-Pakistan sərhədində insident: İki nəfər güllələndi

02 Oct 2026, 22:30 1 baxış
Hindistan-Pakistan sərhədində insident: İki nəfər güllələndi
Hindistan sərhədçiləri Pəncab ştatında, sərhəd yaxınlığında iki Pakistan vətəndaşını güllələyiblər. Oxu.Az "The Washington Post" nəşrinə istinadən xəbər verir ki, hadisə zamanı daha bir Pakistan vətəndaşı yaralanıb. Pakistan televiziyasının təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən yaydığı məlumata görə, Pakistanın şərqində yerləşən Kasur dairəsindən olan üç silahsız mülki şəxs sərhəd dirəyindən bir neçə addım kənara keçib. Bu zaman Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin əməkdaşları onlara atəş açıblar. Nəticədə iki nəfər həlak olub, üçüncü şəxs isə yaralanıb. Yeni Dehli hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Hindistan KİV-i isə həmin şəxslərin ölkə ərazisinə qanunsuz daxil olmağa cəhd etməkdə şübhəli bilindiyini iddia ediblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər