Dünya
Ukraynanın keçmiş baş naziri: "Ölkədə ölüm nisbəti doğum sayını üç dəfə üstələyib"
Ukraynada ölüm nisbəti doğum nisbətindən üç dəfə çoxdur. Oxu.Az "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu ölkənin keçmiş baş naziri Anatoli Kinax bildirib. Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayında Ukraynada təxminən 100 000 doğum və təxminən 249 000 ölüm qeydə alınıb. Kinax, həmçinin əlavə edib ki, son üç ildə Ukraynada əlilliyi olan insanların sayı xeyli artıb - 2022-ci ildəki 2.7 milyondan 3.4 milyona qədər. O, bunu münaqişənin nəticələri və ölkədəki ümumi vəziyyətin pisləşməsi ilə əlaqələndirib. Qeyd edək ki, BMT-nin hesablamalarına görə, 2022-ci ilin fevral ayından bəri Ukraynanı təxminən 6.8 milyon sakin tərk edib. 2024-cü ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ukraynada dünyada ən yüksək ölüm nisbətini qeydə alıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər