Dünya

İranda etirazçılar "Quran"ı yandırıblar və məscidə hücum etmək istəyiblər

02 Jan 2026, 09:28 1 baxış
İranda etirazçılar "Quran"ı yandırıblar və məscidə hücum etmək istəyiblər
İranın qərbində, Həmədan şəhərində etirazçılar "Quran"ı yandırıblar və məscidə hücuma cəhd ediblər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Tasnim" agentliyi məlumat verib. Məlumata görə, etirazçılar Sədəf rayonunda digər dini ədəbiyyatı yandırıblar. Agentlik iddia edir ki, təxminən 20 nəfərdən ibarət başqa bir qrup məscidə hücum etmək istəyib, lakin onların qarşısı alınıb. Qeyd edək ki, İranda etirazlar dekabrın sonlarında ölkənin valyutası olan rialın devalvasiyası səbəbindən başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər