Dünya
ABŞ vergi xidmətinin kompüterləri İlon Maska görə sıradan çıxıb?
Sahibkar, "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Mask dövlətə o qədər çox vergi ödəyir ki, ABŞ vergi xidmətinin kompüteri buna "dözmür". Oxu.Az xəbər verir ki, bu barədə Mask özü "X" hesabında paylaşım edib. "Mən bir dəfə o qədər çox vergi ödədim ki, vergi xidmətinin kompüteri sıradan çıxdı, bu həqiqətdir. Hədsiz böyük rəqəmlərdir. Bütün bunları emal etmək üçün proqram təminatını yeniləməli oldular", - o yazıb.
Mənbə
oxu.az