Dünya

Yəmənin Ədən hava limanı fəaliyyətini dayandırıb

02 Jan 2026, 00:48 1 baxış
Yəmənin Ədən hava limanı fəaliyyətini dayandırıb
Yəmənin ikinci böyük şəhəri olan Ədənin hava limanı fəaliyyətini dayandırıb. Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hava əlaqəsi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) uçuşlara qoyulan məhdudiyyətlərlə bağlı yaranan fikir ayrılıqları fonunda kəsilib. Agentliyin məlumatına görə, husilərin nəzarətindən kənarda olan hava limanının terminalında uçuş gözləyən sərnişinlər toplanıblar. Səudiyyə Ərəbistanındakı mənbə bəyan edib ki, tətbiq edilən məhdudiyyətlər yalnız Ədən və BƏƏ arasındakı reyslərə aiddir və regionda gərginliyi azaltmağa yönəlib. Eyni zamanda, Yəmənin Nəqliyyat Nazirliyi hava əlaqəsinə hər hansı rəsmi məhdudiyyətin tətbiqi barədə məlumatı təkzib edib. Hava limanı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, uçuşların bərpası müddəti barədə hələlik rəsmi izahat daxil olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər