Dünya
BVF: Afrika 2026-cı ildə iqtisadi artım tempinə görə dünya lideri olacaq
2026-cı ildə ümumdaxili məhsulun (ÜDM) artım tempi 6%-dən çox olan ən sürətlə inkişaf edən iqtisadiyyatların əksəriyyəti Afrika qitəsinin ölkələri olacaq. Oxu.Az bildirir ki, bu barədə "Africanews" telekanalı Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına istinadən xəbər verir. Qeyd edilir ki, Ruanda, Uqanda və Efiopiya kimi ölkələrdə iqtisadi artım tempi 7%-i keçəcək, Cənubi Sudan və Qvineya isə neft və mineral xammal hasilatındakı bum hesabına ikirəqəmli ÜDM artımına nail olacaq. Bununla yanaşı, BVF ekspertlərinin fikrincə, Afrika qlobal istiləşmənin fəsadları, siyasi qeyri-sabitlik və yüksək xarici borc kimi mənfi amillərin təsirinə xüsusi diqqət yetirməlidir.
Mənbə
oxu.az