Dünya
Netanyahu Trampın Qəzza planı ilə razılaşdı
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ səfəri zamanı Qəzza sazişinin II bəndinin müzakirəsinə keçməyə razılaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. Xəbərdə o da vurğulanır ki, Netanyahu ilə Trampın komandası arasında planın həyata keçirilməsi ilə bağlı fikir ayrılığı qalmaqdadır. İki ölkənin rəhbərlərinin görüşü dekabrın 29-da Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub. Netanyahu həmçinin ABŞ liderinin Suriya hökumətinə dair potensial təhlükəsizlik razılaşması ilə bağlı danışıqları bərpa etmək tələbini qəbul edib.
Mənbə
oxu.az