Digər

Süni intellekt bumu: Şirkətlər 4,2 trilyon dollar itirdi...

16 Nov 2026, 07:00 2 baxış
Süni intellekt bumu: Şirkətlər 4,2 trilyon dollar itirdi...

Sənaye, energetika və dağ-mədən sektorlarında fəaliyyət göstərən şirkətlər süni intellekt (Sİ) infrastrukturuna investor marağının azalması fonunda iyun ayından bəri bazar dəyərinin 4,2 trilyon dollarını itirib.


Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.


"Söhbət, o cümlədən məlumat mərkəzləri üçün avadanlıq təchizatçılarından- qaz generatorları, soyutma sistemləri və fiber-optik şəbəkə istehsalçılarından gedir. Ötən 12 ay ərzində süni intellekt bumu fonunda bu şirkətlərin ümumi bazar dəyəri 9,4 trilyon dollar artıb.


Lakin şirkətlərin bazar kapitallaşmasında əvvəlki artımın təxminən yarısı itirilib. Xüsusilə, “Caterpillar” şirkətinin bazar kapitallaşması iyun ayında qeydə alınan rekord səviyyə ilə müqayisədə 214 milyard dollar və ya 44% azalıb.


“Oklo” şirkətinin səhmləri 49% ucuzlaşıb, “Comfort Systems” və “Corning” şirkətlərinin isə bazar dəyəri təxminən yarıbayarı azalıb.


Səhmlərin ucuzlaşması investorların süni intellekt infrastrukturuna yatırılan böyük həcmli vəsaitlərin və məlumat mərkəzləri operatorlarının artan xərcləri, o cümlədən borc hesabına maliyyələşdirilən investisiyaları doğrultmaq imkanları ilə bağlı narahatlıqları ilə əlaqələndirilir. Bununla yanaşı, bəzi analitiklər məlumat mərkəzləri üçün infrastruktura tələbatın hələ də təklifi üstələdiyini düşünürlər",- məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər