İdman
"İdmandan kənar": Meydanda az danışdı, futbolda tarix yazdı: "Mançester Yunayted"in səssiz dahisi - Foto/Video
O, meydanda çox danışmırdı. Nə diqqət mərkəzində olmağa çalışır, nə də vurduğu qollardan sonra böyük şou göstərirdi. Lakin top onun ayağına düşəndə oyunun istiqamətini dəyişmək üçün bəzən bir ötürmə kifayət edirdi. Uzaq məsafədən dəqiq zərbələr, meydanı görmək bacarığı və qeyri-adi futbol zəkası... Söhbət İngiltərə futbolunun ən yaddaqalan yarımmüdafiəçilərindən biri, "Mançester Yunayted"in əfsanəsi Pol Skoulzdan gedir. Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə bu gün 52 yaşı tamam olan keçmiş futbolçunun həyat və karyera yolundan bəhs edəcəyik. Futbol sevgisi və uşaqlıq illəri Pol Aaron Skoulz 1974-cü il noyabrın 16-da İngiltərənin Salford şəhərində anadan olub. O, hələ körpə ikən ailəsi Mançester yaxınlığındakı Lenqli bölgəsinə köçüb. Futbola marağı erkən yaşlarından yaranan Polun uşaqlıq illəri top arxasınca qaçmaqla keçib. O, məktəb illərində təkcə futbolda deyil, kriketdə də bacarığı ilə seçilirdi. Bununla belə, gələcəyini futbolla bağlamaq istəyirdi. Skoulzun uşaqlıqdan üzləşdiyi çətinliklərdən biri isə astma xəstəliyi idi. Soyuq havalarda tənəffüs problemləri yaşasa da, bu, onun idmanla məşğul olmasına mane olmayıb. 14 yaşında "Mançester Yunayted"də məşqlərə başlayan Skoulz 1991-ci ildə klubun gənclər komandasına qoşulub. Burada Devid Bekhem, Rayan Giqqz, Qari Nevill və digər gələcək ulduzlarla eyni nəslin nümayəndəsi olub. Bu futbolçular sonralar "Class of '92" adı ilə tanınıblar. Onların yetişməsində baş məşqçi Aleks Ferqyusonun böyük rolu olub.
Debütlə başlayan böyük karyera Skoulz 1994-cü ildə əsas komandada debüt edib. İlk rəsmi oyununda "Port Veyl"ə qarşı iki qol vuraraq diqqət çəkib. Həmin vaxt əsasən hücum xəttində çıxış etsə də, sonradan yarımmüdafiənin mərkəzində oynamağa başlayıb. Məhz bu mövqedə özünü dünyanın ən yaxşı futbolçularından biri kimi təsdiqləyib. Skoulzun oyununu fərqləndirən əsas xüsusiyyətlər topa nəzarət, dəqiq ötürmələr və meydanın istənilən nöqtəsindən təhlükəli zərbələr endirmək bacarığı idi. O, rəqib müdafiəçilərinin arasından verdiyi ötürmələrlə hücumların istiqamətini dəyişir, uzaq məsafədən vurduğu qollarla qapıçılara çətin anlar yaşadırdı. Onun futbol zəkası və ötürmə dəqiqliyi bir çox məşhur futbolçunun da diqqətini çəkirdi. Zinəddin Zidan və digər ulduzlar Skoulzun oyun keyfiyyətlərini yüksək qiymətləndirirdilər.
1999-cu ilin böyük uğuru və yaşadığı məyusluq Pol Skoulzun karyerasının ən mühüm mərhələlərindən biri 1998/99 mövsümü olub. "Mançester Yunayted" həmin mövsüm İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq tarixi treblə imza atıb. Lakin Skoulz bu uğurun ən vacib anlarından birində komandasına kömək edə bilməyib. O, yarımfinal mərhələsində "Yuventus"a qarşı cavab görüşündə sarı vərəqə aldığı üçün "Bavariya" ilə finalda iştirak etmək hüququnu itirib. Eyni səbəbdən Roy Kin də həlledici qarşılaşmanı buraxmalı olub. "Mançester Yunayted"in Barselonada keçirilən finalda 2:1 hesabı ilə qalib gəldiyi matçı Skoulz kənardan izləməli olub. Komandası tarix yazsa da, o, həmin uğurun ən böyük səhnəsində meydana çıxa bilməyib. Bu, onun karyerasında ən yaddaqalan məyusluqlardan biri olub.
"Barselona"ya vurulan qol və 2008-ci ilin cavabı 1999-cu ildə finalı buraxan Skoulzun Çempionlar Liqasının həlledici mərhələsində öz sözünü deməsi üçün növbəti fürsət 2008-ci ildə yaranıb. "Mançester Yunayted" yarımfinalda "Barselona" ilə qarşılaşıb. İlk görüş qolsuz başa çatıb. Cavab matçında isə Skoulz 14-cü dəqiqədə cərimə meydançasının kənarından möhtəşəm zərbə ilə fərqlənib. Bu qol ingilislərə 1:0 hesablı qələbə qazandırıb və komandanı finala çıxarıb. Həmin mövsüm Moskvada keçirilən finalda "Mançester Yunayted" "Çelsi"ni penaltilər seriyasında məğlub edərək Çempionlar Liqasının qalibi olub. Beləliklə, Skoulz 1999-cu ildə yaşadığı məyusluqdan sonra ikinci dəfə bu turnirin qalibi adını qazanıb. Onun kolleksiyasında artıq iki Çempionlar Liqası kuboku vardı.
Futboldan ayrılmaq istəmədi 2011-ci ildə Skoulz karyerasını başa vurduğunu açıqlayıb. Həmin vaxt o, "Mançester Yunayted"in heyətində 676 oyuna çıxmışdı. Lakin futboldan uzaq qalmaq qərarı uzun sürməyib. 2012-ci il yanvarın 8-də "Mançester Siti"yə qarşı İngiltərə Kuboku matçının ikinci hissəsində meydana daxil olaraq yenidən yaşıl meydanlara qayıdıb. Bu qərar həm azarkeşlər, həm də futbol ictimaiyyəti üçün gözlənilməz olub. Skoulz 2012/13 mövsümünün sonunadək komandasına kömək edib və 2013-cü ildə ikinci dəfə karyerasını başa vurub. Son mövsümündə İngiltərə Premyer Liqasının daha bir çempionluğunu qazanaraq bu turnirdəki titul sayını 11-ə çatdırıb. Ümumilikdə, "Mançester Yunayted"in heyətində 700-dən çox oyuna çıxan Skoulz 155 qol vurub. O, klubla 11 Premyer Liqa, iki Çempionlar Liqası, üç İngiltərə Kuboku və digər titullara sahib olub. İngiltərə millisində isə 66 oyun keçirərək 14 qol vurub.
Meydandan kənarda da sakit xarakter Skoulzun futbolçu kimi tanınmasının səbəblərindən biri də onun təvazökar və sakit xarakteri idi. O, müsahibələrdən, reklam kampaniyalarından və diqqət mərkəzində olmaqdan mümkün qədər uzaq durmağa çalışırdı. Meydanın mərkəzində oyunu idarə edən futbolçu gündəlik həyatda daha çox ailəsinə vaxt ayırmağı sevirdi. O, Kler Froqattla ailəlidir və üç övladı var. Karyerasını başa vurduqdan sonra məşqçiliklə də məşğul olub. "Mançester Yunayted"in məşqçilər heyətində çalışıb, 2019-cu ildə "Oldhem Atletik"ə rəhbərlik edib, daha sonra "Salford Siti"də də məşqçi kimi fəaliyyət göstərib. Sonrakı illərdə isə futbol eksperti və şərhçi kimi ekranlarda görünməyə başlayıb.
Əfsanələr arasında öz yeri Pol Skoulzun futbol tarixindəki yerini yalnız qazandığı kuboklarla ölçmək düzgün olmazdı. Onun əsas üstünlükləri oyunu oxumaq, tempi idarə etmək və komanda yoldaşları üçün qol imkanları yaratmaq bacarığı idi. Ser Aleks Ferqyuson onu "inanılmaz futbolçu" adlandırmışdı. Zinəddin Zidan da Skoulzun oyununa böyük hörmətlə yanaşan futbol ulduzlarından biri idi. İngilis yarımmüdafiəçi karyerası boyunca yalnız bir klubun - "Mançester Yunayted"in formasını geyinib. O, nə bahalı transferlərlə, nə də qalmaqallarla gündəmə gəlib. Skoulz özünü meydanda, ötürmələri və qolları ilə tanıdıb. Bəlkə də onu fərqləndirən əsas cəhət elə bu idi: futbol danışanda onun əlavə söz deməsinə ehtiyac qalmırdı.

Mənbə
oxu.az
Oxşar Xəbərlər